ƏSGƏR VALİDEYNLƏRİ ÜÇÜN SORĞU
Hörmətli valideyn, fikirlərinizi ətraflı şəkildə qeyd etməyiniz xahiş olunur.

Hərbi hissə haqqında ümumi fikriniz necədir? (müsbət və mənfi tərəfləri qeyd edin)

Övladınızın xidmət etdiyi mühit haqqında sizə verdiyi məlumatlar sizi qane edirmi? ( Əgər etmirsə səbəbini izah etməyiniz xahiş olunur )

Komandirlərin əsgərlərlə davranışı barədə nə düşünürsünüz?

Sizə görə komandirlər ədalətli və qayğıkeş davranırlarmı?

Komandir heyəti ilə əlaqə qurmaq imkanınız necədir?

Əsgərlər arasında münasibətlər barədə övladınız sizə nə deyir?

Hər hansı təzyiq, konflikt və ya ayrı-seçkilik halları barədə məlumat varmı?

Əsgərlərə göstərilən diqqət və qayğı sizi qane edirmi?

Xəstəlik zamanı tibbi xidmət haqqında nə deyə bilərsiniz?

Yeməyin keyfiyyəti və çeşidi haqqında övladınızın fikirləri nədir?

Əsgərlərin gündəlik qidalanması sizcə kifayət qədərdirmi?

Əsgərlərin şəxsi təmizliyi və gigiyenik şərait barədə məlumat verin.

Yataq dəstlərinin vaxtında dəyişdirilməsi təmin olunurmu?

Hərbi hissədə nizam-intizam və qaydalar barədə nə düşünürsünüz?

Əsgərlərin asudə vaxtlarının təşkili sizi qane edirmi?

Komandir və ya digər şəxslər tərəfindən sizdən və ya övladınızdan hər hansı maddi kömək istənilibmi? Əgər olubsa, izah edin.

Övladınızla əlaqə imkanlarınız sizi qane edirmi?

Hərbi hissə rəhbərliyinə müraciət etdikdə münasibət necə olur?

Komandir heyətinə və hərbi hissə rəhbərliyinə olan güvən səviyyənizi izah edin.

Hərbi hissənin fəaliyyətini yaxşılaşdırmaq üçün hansı təklifləriniz var?